Şirkətinizin hansı standartın tələblərinə uyğunluğunu təmin etmək istədiyinizi müəyyənləşdirməlisiniz. Bundan sonra, lazımi tətbiqlərlə təmin olunmaq üçün sifariş formasını doldurmalı və "MS Standart" MMC-nin mərkəzi ofisinə göndərməlisiniz. Sifarişçinin hüquq və vəzifələri Məsləhət Xidmətləri şərtlərində göstərilmişdir. Məsləhət Xidmətləri prosesinin təsviri, sifariş forması və ona əlavələr müvafiq hissələrdə verilmişdir.
Sifariş alındıqdan sonra təhlil edilir və baxılmanın nəticələri barədə cavab sifarişçinin ünvanına göndərilir. Məsləhət xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanır.
İS hazırlanması və tətbiqi zamanı “Təşkilat”ın tələbat və məqsədləri, təhlükəsizlik tələbləri, zəruri olan proseslər, onun həcmi və strukturu öz təsirini göstərir. Bütün bu elementlərin və onların yardımçı sistemlərinin zaman keçdikcə dəyişilməsi gözlənilir. Gözlənilir ki, İS-nin həyata keçirilməsi təşkilatın ehtiyacları ilə ölçüləcək, məsələn, adi situasiya İS həllini tələb edir.
Diaqnostik qiymətləndirmə “Təşkilat”da proseslər barədə obyektiv məlumat əldə etmək, proseslərdəki zəif və güclü tərəfləri aşkar etmək, şirkətin səmərəliliyinin artırılması imkanlarını müəyyənləşdirmək, iş planını tərtib etmək və layihə çərçivəsində iştirak edən “Təşkilat”da əsas və köməkçi prosseslərin sahiblərini, məsul şəxslərin dəqiqləşdirilməsi və strukturun yaradılması məqsədi ilə keçirilir.
Təşkilatın fəaliyyətinə dair müvafiq sənədlərin (prosedurlar, təlimatlar, formalar) standartın tələbinə uyğun olaraq işlənib hazırlanması prosesi həyata keçirilir.
Sənədlərin təsdiqi və aktuallaşdırılması. Yerlərdə verifikasiya və validasiya proseslərinin həyata keçirilməsi.
Daxili auditin hesabatı. Rəhbərlik tərəfindən İS-nin təhlilinin protokolu.
Şirkətin sertifikatlaşdırmaya hazırlanması üzrə zəruri tədbirlərin həyata keçirilməsi, sertifikatlaşdırma üzrə orqanın seçilməsi və müraciət edilməsi. Sertifikatlaşdırma orqanı tərəfindən üçüncü tərəf kimi yekun sertifikatlaşdırma auditinin həyata keçirilməsi zamanı dəstək və metodik yardımın göstərilməsi.