MSS

«MS Standart» Məhdud Məsuliyyətli Cəmiyyəti 2006 ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilən fəaliyyətin kodu əsasında idarəetmə məsələləri üzrə məsləhət və tədris mərkəzi kimi beynəlxalq standartlar İSO 9001 (Keyfiyyət menecmenti sistemləri), İSO 14001 (Ekoloji menecment sistemləri), OHSAS 18001   (Sağlamlığın qorunması və peşə təhlükəsizliyin menecment sistemləri) – hazırda İSO 45001, İSO 50001 (Enerjimenecmenti sistemləri), İSO 22000 (Qida məhsullarının təhlükəsizliyi üzrə menecment sistemləri), HACCP (Hazard Analysis and Critical Control Point System) + İSO 9001), İSO 17025 (Bacarığa ümumi tələblər. Sınaq və kalibrləmə laboratoriyaları), İSO 26000 (Sosial məsuliyət), İSO 27001 (İnformasiya təhlükəsizliyinin menecment sistemləri), İSO 20000 (İT-serverlərin menecment sistemləri) və digər standartların tələblərinə uyğun  dövlət,  beynəlxalq və özəl müəssisə və təşkilatlarına yüksək səviyyəli menecment sistemlərinin yaradılması, tətbiqi, sertifikatlaşması, təlim, maarifləndirmə, məsləhət və digər xidmətləri göstərir. 11 mart 2008 ildə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ticarət markasını təsdiq edən şəhadətnamə almışdır
2008-ci ildən Azərbaycanda Kiçik və Orta Biznesə Dəstək proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf  Bankının (AYİB, ing.EBRD) rəsmi partnyorudur.

 «MS Standart» Məhdud Məsuliyyətli Cəmiyyətin Siyasəti

Şuarımız: “Keyfiyyət – həyatın kamilliyidir”. Nəsirəddin Tusi. XIII əsr.

Cəmiyyətin STRATEGİYASI Azərbaycan Respublikasında kicik və orta biznesin dəstəklənməsi məqsədi ilə menecment sistemlərinin ISO standartlarına uyğun idarəetmə prinsiplərinin konseptual və metodik əsaslarının tətbiq edilməsidir.

Cəmiyyət öz fəalyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və digər qanunvericilik aktlarını rəhbər tutur.

Missiyamız: Dövlət tərəfindən qabul edilmiş qanunverici, normativ və digər tənzim edən tələblərə uyğun öz fəaliyyətini quraraq istehlakçıların istək və perspektiv gözləntilərinə cavab verən, idarəetmə sahəsində beynəlxalq və milli standartların tələblərinə uyğun olan yüksək keyfiyyətli və peşəkar xidmətlərin göstərilməsidir.

Cəmiyyətin MƏQSƏDİ:

  1. Azərbaycan Respublikasının qanunverici və digər normativ-hüquqi tələblərə cavab verən, beynəlxalq standartının tələblərinə uyğun fəaliyyətini həyata kecirmək;
  2. İstehlakcıların tələblərini və ehtiyaclarını nəzərə alaraq məmnuniyyətini təmin etmək;
  3. Daima təkmilləşmə məqsədi ilə müvafiq sahə üzrə çalışan ekspertlərin elmi potensialının və ixtisas dərəcələrinin artırılmasını həyata keçirmə;
  4. Cəmiyyətdə təşkilatın ictimai əhəmiyyətinin və sosial məsuliyyətinin statusunu yüksəltmək.

Cəmiyyətin  Fəaliyyət istiqamətləri

  • Keyfiyyət, ekologiya, əməyin mühafizəsi, peşə və qida təhlükəsizliyi və digər menecment sistemlərinin yaradılması, tətbiqi, sertifikatlaşması, təlim, maarifləndirmə, məsləhət və digər xidmətlərin göstərilməsi;
  • Azərbaycanın keyfiyyət, ekologiya, əməyin mühafizəsi, təhlükəsizlik və sosial məsuliyət sahəsində milli siyasətinin həyata keçirilməsinə dəstək;
  • Keyfiyyət, ekologiya, əməyin mühafizəsi, peşə və qida təhlükəsizliyi məsələləri üzrə qanunvericilik və normativ aktların toplanması, ekspertizası və təbliqi;
  • Beynəlxalq standart və digər normativ sənədlərin tərcüməsi və nəşrlər vasitəsilə yayılması;
  • Keyfiyyət, ekologiya, əməyin mühafizəsi, peşə və qida təhlükəsizliyi, sosial məsuliyət və s. sahələrdə mütəxəssislərin hazırlanması, menecment sistemlərinin yaradılması və tətbiqi üzrə müəssisələrə kömək göstərilməsi;
  • Keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində innovasiyaların tətbiqi;
  • Beynəlxalq təşkilatlarla əməkdaşlıq.

Bizim üzv olduğumuz və əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlar

  • ISO – Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat
  • TSE – Türk Standartları Enstitüsü
  • VNİİS – Ümumrusiya Sertifikatlaşdırma Elmi Tədqiqat Institutu.
  • EFQM – Avropa Keyfiyyət Menecment fondu
  • EOQ – Avropa Keyfiyyət Təşkilatı
  • DGQ – Alman Keyfiyyət Cəmiyyəti
  • Bureau Veritas Quality International
  • DNV – Det Norske Veritas (Norveç)
  • TUV – Texniki Nəzarət üzrə Cəmiyyət
  • SGS – İsveçrə korporasiyası
  • UNDP – BMT-nin İnkişaf Proqramı
  • USAİD – Amerika Beynəlxalq İnkişaf Agentliyi
  • EBRD – Avropa Yenidənqurma və İnkişaf Bankı
  • UAK – Ukrayna Keyfiyyət Assosiasiyası.